16 C
Baku
Thursday, March 28, 2024

Hüquq Meneceri – Synergy Group MMC

Şirkətin adı: SYNERGY GROUP MMC

Vəzifə: HÜQUQ MENECERİ

İş yeri: BAŞ OFİS

Şirkət haqqında:

2010-cu ildən etibarən fəaliyyət göstərən “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk.

Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakı şəhərindən kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

Əsas vəzifə öhdəlikləri :

• Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
• Tabeçiliyində olan əməkdaşlara ümumi rəhbərliyi həyata keçirmək, işlərini əlaqələndirmək, fəaliyyətlərinə nəzarət etmək və səmərəli şəkildə təşkil olunmasına görə birbaşa məsulliyyət daşımaq;
• Hüquqi rəylərin hazırlanması;
• Qanunvericiliydə dəyişiklikləri daim izləmək və bu barədə rəhbərliyə məıumat vermək;
• Hüquqi sənədlərin (o cümlədən müqavilələr və bütün daxili sənədlərin – qərarlar, prosedurlar, qaydalar, əmrlər və  sair)tərtib edilməsi;
• Qarşı tərəfin təqdim etdiyi müqavilələrin  onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketini hazırlamaq və icra etmək
• Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək
• Bütün dövlət qurumlarında nümayəndə qismində çıxış etmək;
• Şirkətin maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
• Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
• Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması

Namizədə olan tələblər:

• Ali hüquqi təhsil;
• Hüquq sahəsində (o cümlədən məhkəmə, dövlət qurumları ilə) minimum 3 illik iş təcrübəsi;
• Məhkəmə və icra işləri üzrə professional təcrübəs;
• Azərbaycan Respublikasının qanunlarını, o cümlədən və bununla məhdudlaşmayaraq, mülki, mülkü prosessual, cinayət və cinayət prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
• Rus və ingilis dilini bilənlərə üstünlük veriləcək;
• Ofis proqramları (Word, Excel, Internet) sahəsində bilikıərə malik olmalıdır;
• Yaş həddi 25-45;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Son xəbərlər
Digər xəbərlər