4 C
Baku
Friday, March 29, 2024

Hüquq və icraat departamentinin İstehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsinin böyük hüquqşünası — Maliyyə Bazarlarına Nəzarət Palatası

Hüquq və icraat departamentinin İstehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsinin böyük hüquqşünası

  Namizədə dair tələblər:

Böyük hüquqşünas/böyük mütəxəssis

Təhsil: Tam ali təhsil (Hüquq və ya iqtisadi ali təhsil)

Təcrübə: Analoji sahə üzrə 3-5 il iş təcrübəsi;

Xüsusi biliklər:  “Banklar haqqında”,  “Kredit İttifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin Sığortalanması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Poçt haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunları, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”ni və digər qanunvericilik və normativ aktları,  Maliyyə bazarlarına nəzarət haqqında qanunvericilik,  vətəndaş müraciətləri haqqında qanunvericilik, korporativ hüquq, hüquq nəzəriyyəsi, mülki və inzibati hüquq;

Dil bacarığı: Səlis Azərbaycan, yüksək səviyyədə ingilis və rus dili bilikləri.

Kompüter bacarığı: İT resursları və ofis proqramları,

Digər bacarıqlar: Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə.

İşin təsviri:

  • İdarəyə istehlakçılardan və investorlardan daxil olan müraciət və şikayətlərə baxılmasına və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparılmasına müvafiq sahə üzrə (bank, sığorta və ya kapital bazarı) nəzarəti həyata keçirmək;
  • Müvafiq sahə üzrə (bank, sığorta və ya kapital bazarı) istehlakçıların və investorların pozulmuş hüquqlarının bərpa olunması məqsədilə icrası məcburi olan göstərişlərin verilməsini təmin etmək;

Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri: E – mail :  [email protected]

Son xəbərlər
Digər xəbərlər