5 C
Baku
Friday, March 29, 2024

Hüquqşünas (Quba, Qusar, Xaçmaz və Şabran) – Bank Respublika ASC

“Bank Respublika” ASC Şimal regionunda (Quba, Qusar, Xaçmaz və Şabran) “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• İddia ərizələrinin tərtib edilməsi;
• Məhkəməyə hazırlıq mərhələsində olan işlərin məhkəməyə verilməsini təmin etmək;
• Məhkəmə iclaslarında Bankı təmsil etmək;
• İddia tələblərinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərindən tam şəkildə istifadə etmək;
• Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan zərurət yarandığı hallarda şikayət vermək;
• Məhkəmə qərarlarının vaxtında icraya yönəldilməsinə nəzarət etmək və dəstək vermək;
• İcra məmurunun qərarından, hərəkətindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək;
• Bankın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Bankın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinə dəstək olmaq;
• Səlahiyyətləri daxilində yuxarı rəhbərlərin tapşırıqlarını icra etmək.

Namizədə qarşı tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Məhkəmə işlərinin aparılması sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka haqqında və bank qanunvericiliyini mükəmməl bilməli;
• Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır;
• MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
• Banka və onun missiyasına yüksək sadiqlik;
• Yüksək şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər