15 C
Baku
Wednesday, April 24, 2024

Hyundai-ın yeni brendi “Aslan” oldu

Dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan Hyundai ən vacib bazar iştirakçısı olan Türkiyəyə böyük bir jest hədiyyə etdi. Belə ki, şirkət yeni yaratdığı avtomobilinə “Aslan” adını vermək qərarına gəldi. Bununla da, şirkət dünya avtomobil bazarında yeni yaratdığı modelinə türk adı verən ilk şirkət oldu. “Aslan” avtomobili ilk olaraq Cənubi Koreya, daha sonradan isə bütün dünyada satışa çıxarılacaq.

Şirkət rəsmisinin verdiyi məlumata görə, yeni modelə “Aslan” adının verilməsini Türkiyədə fəaliyyət göstərən Hyundai rəhbərləri qərara almışlar. Şirkət nümayəndələri bildirmişlər: “Aslan gücü, qüvvəti, sürəti simvolizə edir və yeni modelə belə bir adın verilməsi bizim üçün qürur verici bir haldır”. Bu yeni avtomobilin satışa çıxarılacağı oktyabr ayı da diqqəti cəlb edir. Belə ki, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsi zamanı Türk ordusu oktyabr ayında hərəkətə keçmişdi.

18 müttəfiqin içində tək müsəlman olan türk əsgəri hansı hərəkəti ilə koreyalıların rəğbətini qazana bildi?

Türk əsgərləri bir tərəfdən döyüşərkən, digər tərəfdən koreyalılara çox yaxşı davranırlar. Müharibə dövründə koreyalıların yetim qalmış uşaqları üçün Suhanda yetimxana açılır və adı “Ankara Okulu” qoyulur. Bu məktəbdən məzun olan koreyalılardan hələ həyatda olanlarına rast gəlmək mümkündür. Bu məktəbin məzunları olmuş, türk sevgisi ilə böyümüş olan koreyalılar türk xalqına böyük sevgi bəsləyir.

Türk əsgərlərinin müharibədəki qəhrəmanlıqları koreyalılar tərəfindən bu günə qədər unudulmayıb və onlar haqqında kitablar belə yazılmışdır. Hətta Pusan adlı yerdə türk şəhidlərinin dəfn edildiyi xiyaban var. Qeyd edək ki, Koreya müharibəsi 18 fevral 1952-ci ildə Türkiyənin NATO üzvü olmasına səbəb olmuşdu. Eyni zamanda Koreya müharibəsinə qoşulmuş türk əsgərlərinin əhaliyə qarşı olan mülayim rəftarı özlərinə qarşı böyük sevginin yaranmasına səbəb olmuşdur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər