23 C
Baku
Friday, April 19, 2024

I yarımillikdə Azərbaycana mineral gübrə idxalı 85% artıb

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 161,6 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 85,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Yanvar-iyun aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $43 mln. 881,3 min (artım 84,3%) təşkil edib”, – məlumatda bildirilir.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $5,742 mln. dəyərində (artım 96,1%) 24,19 min ton (artım 71,8%) sement və sement klinkeri idxal edilib.

Yanvar-iyun aylarında respublikaya $25 mln. 230 min dəyərində (artım 90%) 19,462 min ton (artım 65,2%) polietilen idxal edilib.

Hesabat dövründə Azərbaycana $104 mln. 680 min dəyərində 141,3 min ton (artım 5,7%) metalyayma məhsulu, $43 mln. 748 min dəyərində (artım 62,3%) 72,01 min ton (artım 36,3%) qara metaldan hazırlanan çubuqlar, $12 mln. 670 min dəyərində 14,326 min ton (azalma 25%) qara metaldan hazırlanan günyə, $157 mln. 277 min dəyərində (artım 2,3 dəfə) 91,526 min ton (artım 87%) qara metaldan hazırlanan boru idxal edilib.

Son xəbərlər
Digər xəbərlər