4 C
Baku
Friday, March 29, 2024

İçərisində Beynəlxalq Valyuta Fondunun rəhbərinin olduğu təyyarə Argentinada qəza enişi edib

“American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi salonun hermetikliyini itirməsi səbəbindən Argentinada qəza enişi edib. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard sərnişinlərin arasında olub. Bu barədə Argentinanın “Clarin” qəzeti məlumat yayıb.

Banker.azın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə Buenos-Ayresdən qayıdırmış. Kristin Laqard G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak edib. Təyyarə Buenos-Ayresin 30 kilometrliyində yerləşən Eseysa aeroportunda enib.

Son xəbərlər
Digər xəbərlər