26 C
Baku
Wednesday, April 24, 2024

İcbari Sığorta Bürosu sığorta ödənişləri ilə bağlı vahid klirinq sistemi hazırlayır

İcbari Sığorta Bürosu avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərlə bağlı tələblərin emalının vahid klirinq sistemini hazırlayır.

AzərTAc xəbər verir ki, bu barədə iyunun 20-də Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumunda qurumun rəhbəri Elxan Quliyev məlumat vermişdir.

E.Quliyev bildirmişdir ki, vahid, mərkəzləşdirilmiş idarəetmə sisteminin və icbari avtomobil sığortası sahəsində ödəmələr üzrə tələblərin emalının hazırlanması işləri artıq başlamışdır. Bu sistemin üstünlüyü bütün şirkətlər arasında sənəd dövriyyəsinin elektron formada aparılmasıdır. Bundan əlavə, sığortalanmış vətəndaşlar müvafiq SMS-xəbərdarlıqlar alacaq, həmçinin real vaxt rejimində özlərinə aid sığorta hadisəsi üzrə ödənişi izləyə biləcəklər.

AzərTAc

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər