13 C
Baku
Saturday, April 27, 2024

İcbari Siğorta Bürosuna üzv olmaq üçün meyarlar

İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığorta şirkətlərinə dair qanunvericilikdə bir sıra tələblər müəyyən olunub. Büronun iştirakçısı olmaq istəyən sığortaçı Büroya qanunvericiliklə müəyyən edilmiş məbləğdə iştirak haqqı ödəməli və məşğul olmaq istədiyi icbari sığorta növləri üzrə müvafiq məbləğdə təminat depoziti yerləşdirməlidir. Qeyd edək ki, qanunvericiliklə (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24.01.2014-cü il tarixli, Q-05 nömrəli Qərarı) sığortaçıların tələb olunan kapitalının minimum məbləği müəyyən edilib. Belə ki, Büronun iştirakçısı olmaq istəyən sığortaçı iştirak haqqını və təminat depozitini ödədikdən sonra onun tələb olunan kapitalı qanunvericiliklə müəyyən edilən minimum həddən aşağı olmamalıdır. Yəni «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olan şirkətlərdə kapital yetərliliyi ilə bağlı problem olmamalıdır. Büronun iştirakçıları olan sığorta şirkətləri maliyyə sabitliyinə malik olmalıdırlar. Bundan əlavə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyul 2012-ci il tarixdən qüvvəyə minən qərarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün sığortaçı həmin qərarla müəyyən olunmuş 10 iqtisadi rayon üzrə zərərlərin tənzimlənməsi üçün lazımi imkanları olan filial və ya nümayəndəliklərə  həmçinin, “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”ə əsasən  sığortaçıya ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hər hansı icbari sığorta” növünün aparılmasına icazə verilməsi üçün onun elektron informasiya sistemi İcbari Sığorta Bürosunun informasiya sisteminə veb servis vasitəsilə qoşulmaq imkanına malik olmalıdır.

Sığorta şirkətlərinin İcbari Sığorta Bürosunun iştirakçısı olma proseduru qanunla tənzimlənir.  Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa görə hər hansı icbari sığorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün sığortaçı Büronun iştirakçısı olmalı və müvafiq icbari sığorta növü üzrə müəyyən edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir. Büronun iştirakçısı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı sığorta nəzarəti orqanının ilkin razılığı ifadə olunan sənədin əlavə olunduğu rəsmi müraciətini Büroya təqdim etməlidir. İştirak haqqının ödənilməsini və bu Qanunda nəzərdə tutulmuş təminat depozitinin yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən sığortaçı Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edilir və həmin tarixdən Büronun iştirakçısı sayılır.

Odur ki, yuxarıda qeyd edilən şərtlər daxilində istənilən sığortaçı Büronun içtirakçısı olmaq imkanına malikdir və bu könüllü xarakter daşıyır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər