25 C
Baku
Friday, April 19, 2024

İcbari Siğortadan daha çox siğorta şirkətləri faydalanır?

Hamı rahat ofislərdə işləmir. Belə ki, bir az başımızı yuxarı qaldırsaq günəş şüaları altında hündür binaların pəncərələrini təmizləyən, ağır  tikinti materiallarını bir yerdən digər yerə daşıyan insanları görə bilərik. Deyə bilərik ki, həmin insanlar növbəti addımında başlarına nə gələcəklərini belə bilmirlər.

Azərbaycan Respublikası aztəminatlı vətəndaşlarını  bədbəxt hadisələrdən necə siğortalayır?

Vətəndaşların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarında AR qanunu işə düşür.

Xatırladaq ki, İcbari Siğorta üzrə fəaliyyət AR-in  “İcbari Siğorta haqqında qanunu ilə tənzimlənir”. Yalnız müvafiq lisenziya almış siğorta şirkətləri bu fəaliyyət növü ilə məşğul ola bilərlər. Qeyd edək ki, icbari siğortanın bu növü üzrə “Paşa Həyat”, “Atəşgah Həyat”, “Qala Həyat” siğorta şirkətləri lisenziya alıblar.

2014-cü ilin yanvar-iyun ayı üzrə bədbəxt hadisələrdən icbari siğorta üzrə hesablanmış  siğorta haqları 18 875 048,54 manat, siğorta ödənişləri isə 1 138 124,12 manat təşkil edib.

Lisenziya almış siğorta şirkətlərinin bədbəxt hadisələrdən icbari siğorta üzrə siğorta  haqları, ödənişləri haqqında məlumat almaq istəsək də, suallarımızı cavablanmamış qaldı. “Atəşgah Həyat” dan isə  “Məlumatlarının hələlik olmadıqlarını bildirdilər”.

Son xəbərlər
Digər xəbərlər