12 C
Baku
Friday, March 29, 2024

İcbari Tibbi Siğorta haqqında qanun nələri dəyişə bilər?

Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub. 2008-ci ildə qanuna əlavə və dəyişikliklər edilib. Tibbi sığorta icbari və könüllü şəkildə həyata keçirilir. İcbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.

Mütəxəsis Rəşad Əsgərov Avropa ölkələri ilə müqayisə apararaq bildirdi ki,“Xarici ölkələrinin əksəriyyətində tətbiq edilmiş icbari tibbi sığorta həm əhalinin sağlamlığının mühafizəsinə, həm də bu sahədə çalışan mütəxəssislərin sosial vəziyyətinin normal məcrada təminatına şərait yaradıb. Həm də bu sahədə tətbiq edilən nağdsız ödənişlər dövlət büdcəsinə daxil olan vergilərin yığılmasında da digər halların baş verməsini minimuma endirib. Bu isə həm dövlətin, həm də xalqın sağlamlıq və rifah halına müsbət təsir göstərir”

Səhiyyə modelləri arasında “aralıq model” üstündə dayanaraq qeyd etdi ki, “Bu model həm dövlət büdcəsi vəsaitləri, həm tibbi sığorta, həm də posiyentin bilavasitə ödədiyi tibbi xidmətlər arasındakı müxtəlif nisbətlərlə müəyyənləşir. Bu model əsasən postsovet ölkələrində geniş yayılıb”.

Onun sözlərinə görə “Azərbaycanda da tibbi sığorta sistemində “aralıq model”in tətbiqi bu sahədə olan çətinliklərin aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Belə ki, aralıq model həm son 20 ildə formalaşmış özəl səhiyyə müəssisələrinin fəaliyyətini stimullaşdırar, həm də dövlət səhiyyə müəssisələrinin vəziyyətinin yaxşılaşdırılmasına və orada işləyən personalın sosial durumunun yüksəlməsinə səbəb olar. Bu sistemin tətbiqi xüsusilə də həkimlərdə xəstələrə müştəri kimi yox, pasient kimi yanaşmaq mədəniyyətini formalaşdırar ki, sadalanan hal səhiyyə sektoruna biznes sahəsi kimi yanaşma hallarını minimuma endirər. Bu hal həm də dövlət büdcəsinə daxil olamaların kəskin dərəcədə artmasına səbəb olar”.

Son xəbərlər
Digər xəbərlər