15 C
Baku
Wednesday, April 24, 2024

İcbari tibbi sığorta üçün 10 milyon manat ayrılıb

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 10 milyon manat ayrılıb. Bu barədə prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda bildirilir. Qanuna görə, 2013-cü ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün 10 mln. 32 min manat ayrılıb.

Qeyd edə ki, Azərbaycanda İcbari Tibbi sığorta haqqında qanun 2007-ci ildə qəbul edilib. Eyni zamanda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi yaradılsa da, ölkədə icbari tibbi sığortanın tətbiqi indiyədək gecikir. Ekspertlərin fikrincə, bunun əsas səbəbi son vaxtlaradək əhalinin gəlir və yaşayış səviyyəsinin aşağı olması, eləcə də səhiyyə sisteminin durumudur.

Amma bir qədər əvvəl ölkədə icbari tibbi sığortanın tətbiq olunacağı ilə bağlı rəsmi açıqlama verilib. Maliyyə naziri Samir Şərifov Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin vaxtının çatdığını bildirmişdi: «Hesab edirəm ki, biz artıq o mərhələyə çatırıq ki, tibbi sığortanı gündəlik həyatımızda tətbiq etməyə başlaya bilərik». Nazirin sözlərinə görə, icbari tibbi sığrta ilə bağlı qanunvericilik bazası artıq yaradılıb, eyni zamanda son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın səhiyyə infrastrukturu da yenilənib: “Hazırda biz bu sahəyə sığorta prinsiplərinin daha aktiv şəkildə tətbiq edilməsi prosesinə başlaya bilərik».

Fins.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.