13 C
Baku
Saturday, April 27, 2024

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni təyinat

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.

Trendin əldə etdiyi məlumata görə, Agentliyə direktor müavini Bayramova Nigar Yusif qızı təyin edilib.

O, 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə – mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər