ICO nədir?

ICO (Initial Coin Offering) — layihə tərəfindən gələcəkdə platformada xidmətlərin hesabını ödəmək üçün nəzərdə tutulmuş müəyyən sayda token satışı vasitəsilə maliyyələşmə cəlb etmək vasitəsidir.

İngilis dilindən tərcümədə Initial Coin Offering – qəpiklərin (tokenlərin) ilkin yerləşdirilməsidir. Terminin IPO (Initial Public Offering, ilkin ictimai yerləşdirmə) ifadəsinə analoji olaraq yaranmasına baxmayaraq, bu maliyyələşmə növləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Belə ki, IPO səhmləri alıcılarından fərqli olaraq, ICO tokenlərinin alıcıları şirkətdən pay əldə etmir və daxili idarəetmə qərarlarına heç cür təsir edə bilməzlər. Bu səbəbdən də qəpiklərin ilkin yerləşdirilməsi tez-tez kriptovalyuta dünyasında crowdfunding adlandırılır.

ICO mexanizmi kifayət qədər sadədir. Layihə tokenlər buraxır və onları kriptovalyuta, yaxud ənənəvi pullar qarşılığında investorlara sataraq, öz layihəsinin reallaşdırılması üçün lazımi maliyyəni cəlb etmiş olur. Token alıcısı isə öz növbəsində əldə etdiyi bu tokenlər ilə layihənin hər hansı bir xidməti qarşılığında ödəniş edə bilər. Belə bir layihə populyarlıq qazandıqda tokenlərin qiyməti artır və onların sahibləri treydinqdə qazanc əldə edə bilər.

Nəyə görə ICO populyarlıqla istifadə olunur?

ICO-layihələrin dəyəri rekordlara imza atır. Bu maliyyələşmə növü layihələrə ənənəvi mənbələrdən daha çox investisiya cəlb etməyə imkan verir. Bu il ərzində 200 ICO-layihə 3 milyard dollar dəyərində maliyyələşmə cəlb edib.

İnvestorların gözləntiləri nədən ibarətdir?
  • Gələcəkdə tokenlərin daha yüksək qiymətə yenidən satılması ilə qazanc əldə etmək;
  • Layihə platformasında tokenlərdən səmərəli yararlanmaq;
  • Maraqlı layihəni dəstəkləmək.
Layihələrin gözləntiləri nədir:
  • Layihənin işə salınması və yaxud inkişaf etdirilməsi üçün maliyyə vəsaitləri cəlb etmək;
  • Ənənəvi investisiya cəlbi zamanı yaranan hüquqi çətinliklərdən yayınmaq;
  • Öz layihələri üçün tam təminatlı infrastruktur yaratmaq.
İnvestorlar üçün risklər:

ICO etibara əsaslanan müqavilədir. Heç kəs layihənin məhsulun peyda olacağı mərhələyə qədər yaşayıb, yaşamayacağına və yaşasa belə yaradılan məhsulun ümidləri doğruldacağına əvvəlcədən əmin ola bilməz. Bununla yanaşı, asan gəlir axtarışında olan fırıldaqçılar heç kimin reallaşdırmağı düşünmədiyi layihə üçün ICO keçirərək asanlıqla investorları aldada bilər. Risklərdən qorxmadığınız və kapitalınızı itirmədiyiniz halda ICO-ə yatırım edə bilərsiniz.