İdeal maliyyə planlaması üçün 7 sadə qayda

Deyəsən, dünyada hər şeyin öz resepti var. Tərkib hissələrindən hər birinin vacib olduğu yemək reseptləri var. Yaxşı səyahət, şən bayram və daha çox şey üçün reseptlər var.

Həmçinin pulu ağılla və səmərəli şəkildə idarə etmək üçün də reseptlər var.

Aşağıda biz maliyyə vəziyyətini yaxşılaşdırmağa kömək edəcək yeddi vacib qaydadan danışacağıq.

1. Büdcəni planlama qaydası: 20-30-50

Büdcəni planlama qaydası belədir:  

  • gəlirin 20%-ni uzunmüddətli hədəflər üçün kənara qoymaq (məsələn, təqaüdə çıxmaq) və ya borcların ödənilməsinə yönəltmək lazımdır.
  • gəlirin maksimum 30% -ni evə xərcləyə bilərsiniz.
  • gəlirin 50%-ni digər şeylərə xərcləmək olar.

Müxtəlif ehtiyaclar üçün xərclərin məbləğinin bölünməsi ardıcıllığının məhz yuxarıdakı kimi olması çox vacibdir: əvvəlcə qənaət edirik və ya borcları ödəyirik, sonra isə digər şeylərə xərcləyirik.

Bu qayda sağlam maliyyə həyatı sürməyə, maliyyə məqsədlərinə çatmağa, həmçinin qənaət etməyə kömək edir.

Gəlirinizin 20%-ni qənaət edə bilirsinizsə, siz artıq bir çox insandan daha uğurlusunuz və məqsədinizə daha yaxınsınız, çünki əksəriyyəti nəinki qənaət edə bilmir, hətta bu haqda düşünmür belə.

Gəlirin 30%-ni siz evə, kirayə və ya ipotekaya ayıra bilərsiniz. Məhz bu nisbətə riayət etsəniz, bu digər xərclərinizi çox da məhdudlaşdırmamağa imkan verən otimal həll yolu olacaqdır.

Evə 31% xərcləsəniz, bu 1%-i başqa bir xərcin hesabına əldə etdiyinizi başa düşməlisiniz. Siz onu ya 20% qənaətdən və ya digər 50%-dən çıxırsınız.  

2. 6-ya vurulmuş aylıq xərclər, bu sizin ehtiyat fondunuzdur

 Gözlənilməz xərclər üçün fondunuz var?  Mütəxəssislərin fikrincə, belə fond aylıq xərclərinizin 6 mislini təşkil etməlidir.

Bəziləri hesab edir ki, 12 aylıq, digərləri isə 3 aylıq xərcə bərabər məbləğdən ibarət fond yaratmaq lazımdır. 

İstənilən halda, maliyyə planlaması sahəsinin bütün mütəxəssisləri belə fondun vacib olduğunu qeyd edirlər.

Biz heç vaxt əvvəlcədən nə baş verəcəyini bilmirik. Bəzən insanlar müvəqqəti olaraq işləmək qabiliyyətini itirir, işdən azad edilir, külli miqdarda vəsait tələb edən sağlamlıq problemləri ilə qarşılaşırlar.

Belə halların hər birində bu çətin dövrü problemsiz keçirtmək üçün pul ehtiyatı olmalıdır.

3. İpotekanın həcmi – 2,5-ə vurulmuş gəliriniz

Bu, yaxşı maliyyə vəziyyəti üçün gəlirinizin 30%-ni ipotekaya ödəməyə imkan verən daha bir düsturdur.

Gəlir səviyyəsinin il ərzində qazandığınız məbləğ olduğunu başa düşmək vacibdir.

Yəni, illik gəlir 2,5-ə vurulur, bu da ipoteka krediti olaraq götürəcəyiniz optimal məbləğ olacaq.

4. 120 çıxılsın yaşınız – sərmaye düsturu

İnvestisiya portfelini hazırladıqda, aktivlərin yerləşdirilməsi zamanı çətinliklər yarana bilər.

Bu, həqiqətən, çətin məsələdir və adətən onun təxirə salınması artıq xərclərə səbəb ola bilər.

Lakin, aktivlərinizi optimal şəkildə yerləşdirmək üçün mütəxəssislər ideal düstur hazırlayıb.

Beləliklə, səhmlərə xərclənən vəsaitlərin faizi 120-dən yaşınız çıxılmaqla hesablanır. 40 yaşınız varsa, investisiyanın 80%-i səhmlərə, 20%-i isə istiqrazlara yatırılmalıdır.

Yaşınız artdıqca, istiqrazlara daha çox, müvafiq olaraq səhmlərə daha az yatırım edəcəksiniz.

Bu çox asan düsturdur və sizi lazımsız seçim əzabından azad edəcək.   

5. 25-ə vurulmuş gəlir – bu təqaüd üçün qənaət düsturudur

Təqaüdə çıxmaq üçün nə qədər pul yığmağı planlaşdırırsız? Mütəxəssislərin çoxu güman edir ki, təqaüd üçün gəlirin 4%-ni qənaət etmək lazımdır.

İl ərzində yalnız 4% qənaət etsəniz, yığdığınız vəsaitin təqaüdə çıxdıqdan sonra ömrünüzün sonuna qədər çatacağı ehtimalı yüksəkdir .

Bu bir qədər mühafizəkar yanaşmadır, çünki çox güman ki, gəliriniz xərclərinizdən daha çox olacaq, amma heç kim təqaüd zamanı hansı xərclərin olacağını proqnozlaşdıra bilməz.

6. Yaş vurulur gəlirə, bölünür 10-a — ideal kapitalın düsturu

Bu düstür əsasən amerikalılar üçün nəzərdə tutulub, buna görə də ölkəmizdə çox vaxt tətbiq olunmur.

Buna baxmayaraq, mütəxəssislər onun müəyyən üstünlüklərə malik olduğunu qeyd edirlər.

İlk növbədə, burada söhbət maddi vəziyyətinizi həmkarlarınız və ya dostlarınızın kapitalı ilə müqayisə etməkdən və lovğalanmaqdan getmir.

Söhbət, öz inkişafınızı izləmək və uzunmüddətli maliyyə vəziyyətini planlaşdırmaqdan gedir.

7. İllik əmək haqqınız 10-a vurulur – həyat sığortası məbləği

Bəzən həyatınızı hansı məbləğə sığortalamaq qərarını vermək çox çətin olur.  

Lakin bir çoxları həyatın sığortalanması haqqında düşünür, çünki həyatda müxtəlif hadisələr baş verə bilər.

Ailə və uşaqlarınız varsa, bu artıq həyatınızı sığortalamaq haqda düşünmək üçün tutarlı səbəbdir.