15 C
Baku
Friday, April 26, 2024

İdeal qadın axtarışında…

Bütün ömrü boyu evlilikdən, nigahdan qaçan bir şəxs var idi və o 90 yaşında artıq dünyasını dəyişməyə hazırlaşdıqda ondan soruşurlar:

— Sən heç vaxt ailə həyatı qurmadın, lakin səbəbini də heç kimə izah etmədin. İndi, ölüm yatağında olarkən bizim bu neçə illik marağımıza qarşılıq cavab ver. Əgər hər hansı bir sirrin varsa indi de, axı dünyanı artıq tərk edirsən. Sənin sirrini öyrənsələr belə, heç kim sənə zərər yetirə bilməyəcək.

Yaşlı şəxs cavab verdi:

— Bəli, mənim bir sirrim var. Lakin bu sirr mənim evliliyə qarşı olmağım ilə bağlı deyil. Mən ömrüm boyu ideal qadın axtardım. Bütün zamanımı axtarışa sərf etdim və beləcə ömrüm fərqində olmadan keçib getdi.

— Bəs planetin yarısını qadınlar təşkil etdiyi halda, milyonlarla qadın arasından yeganə ideal qadınını seçə bilmədin?

Bu zaman ölməkdə olan qocanın yanaqlarından yaşlar süzüldü. O gücünü toplayaraq cavab verdi:

— Mən axtardığımı tapa bilmişdim.

Sual verən şəxs bütünlüklə çaşğınlıq içərisində idi.

— Bəs onda nə baş verdi, niyə evlənmədiniz?

— O qadın da ideal kişi axtarırdı…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.