22 C
Baku
Friday, April 19, 2024

İdxal olunan kitablara dövlət rüsumunu artırılması düzgün deyil

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, yeni qanun artıq onlayn kitabların oxunuşunu artıracaq.

Bu ilin yanvarından Azərbaycana idxal edilən kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları artırılıb.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, gömrük rüsumlarının əsas məqsədi daxili istehsalçını qorumaqdır:

“Amma kitablara dövlət rüsumunu artırmaq düzgün deyil. Bu, əhalinin maariflənməsində problem yaradacaq”.

Millət vəkili Asim Mollazadə isə Sputnik-ə deyir ki, xaricdən gətirilən kitablara qoyulan dövlət rüsumunun artırılması təəssüf doğurur: “Bu yenilik elektron kitablara tələbatı artıracaq. Onsuz, son zamanlar tələbələr, elmi işlə məşğul olan şəxslər elektron kitablardan daha çox istifadə edirlər. Düşünürəm ki, kitablara qoyulan gömrük haqlarının artırılması zamanı yaranacaq boşluğu onlayn kitablar dolduracaq”.

Son xəbərlər
Digər xəbərlər