13 C
Baku
Friday, April 26, 2024

IFC Azərbaycanda yeni layihəsinə start verir

Dünya Bankı Qrupu kiçik sahibkarların inkişafinı və yeni iş yerlərin açılmasını dəstəkləmək məqsədilə, rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla maliyyə sistemində maliyyə inklüzivliyinin genişləndirilməsi üçün Azərbaycanda yeni məsləhət xidmətləri layihəsinə start verir.

 

Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdiriləcək.  Növbəti üç il ərzində bu, ölkə ərazisində müasir elektron xidmətlərin təqdim olunmasına, müştərilər tərəfindən mürəkkəb proses hesab olunan xidmətlərdən istifadənin sadələşdirilməsinə yardım edəcək.

Dünya Bankının Maliyyə İnklüzivliyi Məlumat Bazası Qlobal İndeksinə əsasən, Azərbaycanın yetkinlik yaşına çatmış əhalisinin yalnız 29%-ı maliyyə institutlarında hesablara malikdir.  Bu rəqəm Avropa və Mərkəzi Asiya üzrə 50%-dan artıqdır. Layihə müştərilərə mobil telefonları və internet bankçılıqdan istifadə etməklə qəbzlərin ödənilməsi, kredit ödənişləri və pul köçürmələri daxil olmaqla bir sıra əməliyyatları həyata keçirməyə yardım etmək üçün ölkənin dövlət qurumları, maliyyə institutları, ödəniş sistemləri, emal mərkəzləri, mobil şəbəkə operatorları və digər bazar iştirakçıları ilə əməkdaşlıq edəcək.

“Ödəniş xidmətlərindən istifadənin təkmilləşdirilməsi universal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün əsasdır” – deyə Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev qeyd etdi. “Bu layihə bank ilə əlaqədar bir çox proseslərin sadələşdirilməsi və xüsusilə ucqar ərazilərdə olan fiziki şəxslər və sahibkarlara maliyyə xidmətlərinə çıxış əldə etmək məqsədilə yeni texnologiyaların təqdim olunmasına yardım edəcək”.

“Xüsusilə Azərbaycanın ucqar ərazilərində fiziki şəxslər və sahibkarlar üçün ən yaxın bank filialına çatmaq üçün yüksək qiymətlər, xərclər və zaman maliyyə xidmətlərindən istifadəyə əngəl törədir. Bu layihə əsasında bizim məqsədimiz Azərbaycanın əksər əhalisinə aşağı qiymətlər ilə maliyyə xidmətlərinin təmin olunmasına şərait yaradacaq innovativ modellərin təqdim olunmasına yardım etməkdir” – deyə IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri Yan van Bilsen bildirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər