II Milli Mühasiblər Forumunda iştirakçıların seçim mərhələsi başa çatıb

II Milli Mühasiblər Forumunda iştirakçıların seçim mərhələsi başa çatmışdır. Forumda iştirakçı hüququ qazanan şəxslər barədə məlumat almaq istəyən şəxslər Forumun rəsmi internet saytına (http://mmf.az/istirakcilar.php) daxil ola bilərlər.

QEYD: Milli Mühasiblər Forumunun təşkilat komitəsində Appelyasiya komissiyası yaradılmışdır. Komissiya Təşkilat Komitəsinin seçimlə bağlı qərarından narazı olan şəxslərin ərizələrinə təkrar baxa bilər. Narazı şəxslərdən 08 aprel 2018-ci il saat 20:00-a dək öz ərizələrini admin@mmf.az, millimuhasiblerforumu@gmail.com email ünvanlarına göndərmələri xahiş olunur.