15 C
Baku
Friday, April 26, 2024

İki nazirliyin birləşdirilməsinə rəsmi münasibət

Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbəri olduğu qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, 2017-ci ilin yekunlarına dair hesabat konfransında qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi müstəqil ekspertlərin öz fikridir:

“Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. Azərbaycanda isə müstəqil fəaliyyət göstərir. Buna hökümət özü müəyyənləşdirib qərar verməlidir. Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik”.

Oxşar yazı- Gömrük Komitəsi və Vergilər Nazirliyi birləşir?

Daha sonra Əliyev əlavə edib ki, elə ölkələr var ki, gömrük xidməti orada Maliyyə Nazirliyinin bazasında, bəzi ölkələrdə Sərhəd Xidməti ilə birgə, elə ölkələr də varki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.


©Virtual Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər