25 C
Baku
Friday, April 19, 2024

İKZF-in 80 mln. manatlıq istiqraz emissiyasının III tranşını yerləşdirəcək

İyunun 7-də BFB-də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan verilən xəbərə görə, istiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti martın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 80 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Buraxılışın 20 mln. manat təşkil edən ilk emissiyası aprelin 19-da yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək

Son xəbərlər
Digər xəbərlər