23 C
Baku
Saturday, April 20, 2024

İlham Əliyev nazirə birinci müavin təyin etdi – Sərəncam

Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.

O, 1979cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.eli abdullayev rabite ve yuksek texnologiyalar nazirinin birinci muavini teyin olunub

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

2014-cü ildən bu vəzifədə çalışan İltimas Məmmədov isə birinci müavinlikdən müavin vəzifəsinə təyin olunub. Uyğun dəyişiklik artıq Nazirliyin rəsmi saytında da öz əksini tapıb.

Xatırladaq ki, hazırda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.

Qafqazinfo

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər