İlham Mədətov universitetin rektoru təyin olundu

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

“İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilsin.” – deyə Sərəncamda deyilir.

Xatırladaq ki, İ. Mədətov, 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetidə şərqşünas, tərcüməçi, ərəb filoloqu kimi təhsil alıb.

Əmək fəaliyyətinə 04.07.1974-cü ildən SSRİ Quraşdırma və Xüsusi-tikinti işləri Nazirliyində mühəndis kimi başlamışdır. 09.07.1974- 23.08.1975-ci  illərdə  Misir Ərəb Respublikasında  tərcüməçi kimi fəaliyyət göstərmiş, müxtəlif dövlət oqranlarında çalışmışdır.

21.05.1995-ci ildən etibarən Gənclər və İdman  Nazirliyi,Beynəlxalq əlaqələr İdarəsinin rəisi vəzifəsində, 01.05.2006-cı il tarixdən Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Image result for İlham İsa oğlu Mədətov