22 C
Baku
Thursday, April 18, 2024

İlham Rəhimov – Putinin yaxın dostu olan azərbaycanlı

İlham Rəhimov “Rissko” şirkətinin direktoru və Azərbaycan Hüquqşunaslar şurasının keçmiş sədridir. O 14 yanvar 1951-ci ildə Azərbaycanda doğulub. 1970-ci ildə Leninqrad Dövlət universitetinin hüquq fakultəsinə qəbul olur və 1975-ci ildə məzun olur. Hüquq elmləri doktorudur. Bununla yanaşı Vladimir Putinin kurs yoldaşı və dostudur. Onlar tələbə olarkən belə bir hadisə baş vermişdi… İkinci kursun sonunda Putin avtomobil alır.

img1262994Bu haqda məlumat bütün fakultəyə yayıldıqda ilk başda heç kim bu xəbərə inanmır. Hamı yaxşı bilirdi ki, Putinin ailəsi hər qəpiyini belə sayır. Lakin bunun doğru olduğunu yalnız Putinin ən yaxın dostları – Kolya Yeqorov, Vitya Xramov və İlham Rəhimov bilirdi. Onlar hər kəslə pivədən mərcə girirlər. Hər kəs bu xəbərin doğru olduğunu və Putinin həqiqətən də avtomobil aldığını öyrəndikdə 4 dostun bir yeşik pivəsi var idi. Avtomobil isə Putinə ailəsindən hədiyyə idi. Belə ki, Vladimir Putinin valideynləri onu lotereyadan qazanmışdılar.

20.07.1996-cı ildən 15.11.1999-cu ilə qədər  Bakıda yerləşən Ali diplomatik kollecinin prorektoru olmuşdur. 16.11.1999-cu ildən isə “Lukoil Azırbaycan” neft şirkətinin hüquqi bölməsinin rəisi vəzifəsini tutmuşdur. Bundan əlavə, 2001-ci ildən Azərbaycan Hüquqşunaslar şurasının sədridir.

x4m52002-ci ilin avqust ayında Moskvada “Rissko” şirkətini qeydiyyatdan keçirmişdir. Şirkətin fəaliyyət sahəsi süd və pendir məhsullarının yaradılması, dondurma istehsalı, mədənçilik və dağ suxurlarının zənginləşdirilməsi, mərkəzi istilik qazanlarına texniki və təmir yardımının göstərilməsi, kommersiya fəaliyyəti və idarəçilik ilə bağlı suallara konsultasiya, mebel istehsalı, tekstil materialdan geyim və geyim aksessuarlarının yaradılması daxildir.

Bundan əlavə İlham Rəhimov 2003-cü ilin noyabrında “Trade Investments” şirkətinin əsasını qoyur. Həmçinin o “Grand titul”, “Panorama” və s. şirkətlərin də təsisçi və həmtəsisçisidir.

Bütün bunlarla yanaşı, İlham Rəhimov elmi fəaliyyəti ilə də məşhurdur. Onun elmi əsərləri aşağıdakılardır:

  • İslah-əmək təsirinin nəzəri və praktiki problemləri (Bakı, 1981);
  • Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi (Bakı, 1987);
  • Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri (Bakı, 1998);
  • Cinayətkarlıq və cəza (Moskva, 2012);
  • Cinayət və cəzanın fəlsəfəsi (Sankt-Peterburq, 2013)
Son xəbərlər
Digər xəbərlər