26 C
Baku
Saturday, April 20, 2024

İlin ilk ayında bazarda ən çox sığorta haqqı toplayan şirkətlərin adı açıqlandı

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanmış, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır.

Könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olmuşdur.

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.

Bu ilin ilk 2 ayında ümümilikdə 130,16 mln. manat sığorta haqqı yığılıb ki, bu da ötən illə müqayisədə 25,3% böyümək deməkdir. Bununda əsas payı “PAŞA Holding”in törəmə şirkətləri olan “PAŞA Həyat” və “PAŞA Sığortaya” məxsusdur.

2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 2018-ci ilin yanvar-fevral ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (təcili məlumatlar əsasında)
(min manatla)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
Könüllü sığortalar üzrə – cəmi: 106,779.4 29,637.9
o cümlədən:
Həyat sığortası üzrə, o cümlədən: 36,224.6 16,610.2
həyatın yaşam sığortası 27,785.4 16,461.9
həyatın ölüm halından sığortası 8,083.0 148.3
əmək qabiliyyətinin sığortası 341.1 0.0
sağalmaz xəstəliklərdən sığorta 15.1 0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən 70,554.8 13,027.8
Şəxsi sığorta, o cümlədən: 44,504.3 10,600.5
tibbi sığorta 43,646.1 10,549.7
xaricə səfər edən vətəndaşların sığortası 429.3 15.5
fərdi qəza və xəstəlik sığortası 428.9 35.3
Əmlak sığortası, o cümlədən: 26,050.6 2,427.2
əmlakın sığortası, o cümlədən: 20,717.0 1,899.5
əmlakın yanğından və digər risklərdən sığortası 8,721.0 111.6
hava nəqliyyatı vasitələrinin sığortası 4,331.1 0.0
avtonəqliyyat vasitələrinin sığortası 3,776.4 1,633.9
yüklərin (nəqliyyat) sığortası 1,603.9 3.0
su nəqliyyat vasitələrinin sığortası 1,562.2 0.0
kənd təsərrüfatı heyvanlarının sığortası 540.3 86.6
dəmiryol nəqliyyatı vasitələrinin sığortası 121.7 0.0
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 6.4 64.4
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən: 54.0 0.0
– işçilərin dələduzluğu sığortası 54.0 0.0
mülki məsuliyyətin sığortası, o cümlədən: 5,332.2 527.7
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 2,014.3 315.2
ümumi mülki məsuliyyətin sığortası 2,012.9 187.1
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 281.5 9.2
peşə məsuliyyətinin sığortası 722.3 0.0
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 162.0 0.0
işəgötürənin məsuliyyət sığortası 89.0 16.2
yük daşıyanın mülki məsuliyyətinin sığortası 50.2 0.0
kredit sığortası, o cümlədən: 1.3 0.0
kreditlərin sığortası 1.3 0.0

 

2018-ci ilin yanvar-fevral ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında

Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “Amrah Sığorta” ASC 11.2 9.3
2 “A-Qroup ” ASC 1,307.1 1,025.0
3 “AtaSığorta” ASC 2,712.2 1,322.7
4 “Atəşgah Həyat”  ASC 6,245.6 5,461.5
5 “Atəşgah”  ASC 5,346.6 3,358.1
6 “AXA MBASK”  ASC 4,201.0 1,737.4
7 Azərsığorta 3,648.4 2,109.7
8 “Azərbaycan Sənaye Sığorta” ASC 1,484.2 556.5
9 “AZSIĞORTA” ASC 2,457.1 1,696.8
10 “Bakı Sığorta” ASC 119.5 63.7
11 “Günay Sığorta” ASC 914.2 469.0
12 “İpək Yolu Sığorta” ASC 6,566.8 324.4
13 “Meqa Sığorta” ASC 5,649.7 488.7
14 “Naxçıvansığorta” ASC 45.1
15 “Paşa Həyat Sığorta” ASC 32,446.4 7,277.9
16 “Paşa Sığorta” ASC 49,454.4 8,749.8
17 “Qala Həyat”  ASC 2,227.9 4,551.2
18 “Qala Sığorta” ASC 3,072.1 178.0
19 “Rəvan Sığorta” ASCi 201.2 52.1
20 “Standard Insurance” ASC 1,005.1 568.4
21 “Xalq Sığorta” ASC 1,039.8 487.4
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər