8 C
Baku
Friday, March 29, 2024

“The Business Year” Azərbaycanda “İlin şirkət rəhbəri”-nin adını açıqladı

Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev nüfuzlu beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatına layiq görülüb.

Vahid Mürsəliyev istehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ vasitə olan “Azercell Ekspress” Ofisin yaradılmasına görə bu mükafatla təltif olundu. “İlin şirkət rəhbəri” mükafatı müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslərə, kommersiya və qeyri-hökumət strukturlarına rəhbərlik edən şəxslərə təqdim olunur.

Mükafatı Azercell-in rəhbərinə AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 25 may tarixi, Four Seasons otelində baş tutan təntənəli mərasimdə təqdim edib.

2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan “The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.

Son xəbərlər
Digər xəbərlər