15 C
Baku
Saturday, April 20, 2024

İlin sonu kredit faizləri yenidən yüksəlir

Noyabr ayının 1 –ə olan göstəricilərdə ölkədə kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,33 %, xarici valyuta ilə isə 14,55% təşkil edib.

Banker.az saytının Mərkəzi Bankın statistik göstəricilərinə istinadən verdiyi xəbərə əsasən, ilin əvvəli ilə müqayisədə kreditlər üzrə orta faiz dərəcəsində azalma müşahidə olunub. Belə ki, ilin əvvəli kreditlərin orta faiz dərəcəsi manatla 15,20%, xarici valyuta ilə 15,80 təşkil edib.

Bu il üzrə kreditlər üzrə orta faiz dərəcələrində artıb azalmalar müşahidə olunmuşdur. Belə ki, ən yüksək orta faiz dərəcəsi manatla 15,35% fevral ayında , ən aşağı faiz dərəcəsi isə 13,90%-lə may ayında müşahidə olunub.

Həmçinin hüquqi şəxslər üzrə orta faiz dərəcəsi manatla 11,40%,xarici valyuta ilə 10,98%, fiziki şəxslər üzrə orta faiz dərəcəsi manatla 18,35%, xarici valyuta ilə isə 20,70% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər