15 C
Baku
Friday, March 29, 2024

İlk Bitcoin milyarderləri Winklevoss qardaşlarının tarixçəsi

Banker.az daha əvvəl xəbər verdiyi kimi, amerikalı Tyler və Cameron Winklevoss qardaşları sərvətini Bitcoin kriptovalyutası ilə qazanmış dünyanın ilk milyarderləri oldu. Qardaşların sərvəti 100 min Bitcoin olaraq qiymətləndirilir ki, bu da 1,17 milyard dollara bərabərdir. Onlar ilk yatırımlarına vəsaiti öz fikirlərini oğurlamaqda günahlandırdıqları Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberg ilə məhkəmə iddiası nəticəsində qazanmışdılar.winklevoss twins facebook bitcoin gemini exchange tyler cameron

Məşhur ekizlər, sahibkarlar və Bitcoin həvəskarları Winklevoss qardaşları hazırda iki Bitcoin-şirkət qurur və artıq bu günə qədər əldə edilən ümumi Bitcoinlərin 1%-nə sahibdirlər. Tyler Winklevoss yazır: “Biz Bitcoinlə yeyir-içir, yatır, nəfəs alırıq”.

uinklvosc

Winklevoss qardaşları 2013-cü ildə sözügedən bu kriptovalyutanın ümumdünya ehtiyatlarının 1%-ni 11 milyon dollara əldə etmişdilər. Bu zaman 1 Bitcoin valyutasının dəyəri 120 dollar idi. O zamandan etibarən kriptovalyutanın məzənnəsi 10 000% yüksəlib. Qardaşların sərvəti isə 1 milyard dollara qədər artıb. Satoşi Nakamoto ləqəbi altında gizlənən Bitcoin yaradıcısı nəzərə alınmazsa, Winklevoss qardaşları sərvətlərini Bitcoin sayəsində toplamış ilk milyarderlər hesab olunur.

winklevoss

Winklevoss qardaşları və onların Harvard universitetində kurs yoldaşları Divya Narendra 2002-ci ilin dekabr ayında tələbələr üçün HarvardConnection adlı qapalı sosial şəbəkə yaratmağa qərar verirlər. 2003-cü ilin noyabr ayında onlar Mark Zükerbergi layihəyə cəlb edir, ideyanı ona izah edir və yaradılmış proqram şifrəsinin mətnini ona təqdim edirlər. Zükerberg iki ay ərzində Winklevoss qardaşları ilə ünsiyyətdən yayınır və eyni zamanda gələcək partnyoru Eduardo Saverin ilə şəxsi sosial şəbəkəsinin yaradılması üzərində işləyir. 2004-cü ilin 6 fevralında isə thefacebook.com saytını işə salırlar. Winklevosslar universitet rəhbərliyinə müraciət edərək intellektual bacarıqlarının oğurlandığını bildirirlər, administrasiya isə onlara məhkəməyə müraciət etməyi məsləhət görür.

ui 54c32f9423ee84.77504228

Məhkəmə prosesi nəticəsində tərəflər tarixi razılaşmaya gəlir. Bir çox media nümayəndələrinin yazdığına görə, Facebook rəhbəri o vaxt qardaşlara təqribən 65 milyon dollar ödəmişdi. Ekiz qardaşlar isə bu pulların bir hissəsini kriptovalyutaya investisiya etməyə ayırır.4610851

Həmçinin, qardaşlar 2013-cü ildə Bitcoin-ödənişlərin emalı sistemi BitInstant-a 1,5 milyon dollar sərmayə yatırır, daha sonra isə kriptovalyutanın məzənnəsinin izlənməsi üçün şəxsi Winkdex maliyyə indeksini işə salırlar. Qardaşlar mart ayında birja investisiya Bitcoin-fondu yaratmağa hazırlaşsalar da, ABŞ Qiymətli kağızlar və birja üzrə komissiyasından icazə ala bilmirlər.

Bununla belə, sahibkar qardaşlar bilərəkdən kriptovalyutanı satmırlar. Bu qərarlarını isə yatırımın uzun müddətliliyi ilə izah edirlər. Bundan əlavə, onlar Bitcoini “qızılın təkmilləşdirilmiş versiyası” adlandırır.

 

Son xəbərlər
Digər xəbərlər