İlk dəfə: “Santiaqo Bernabeu” stadionunda ödəniş “Bitcoin”lə olacaq

“Real Madrid”in ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda turistik gəzintilər zamanı ödənişi bitkoin kriptovalyutası ilə etmək mümkün olacaq.

NTV-yə istinadən, bunu ilk dəfə “13 tickets” adlı şirkət tətbiq etməyə başlayıb.

Bununla da dünyada getdikcə populyaralaşn bitkoin futbol dünyasına da daxil olub. “Santiaqo Bernabeu” isə bitkoinin tətbiq olunduğu ilk stadion kimi tarixə düşüb.

Qeyd edək ki, hələlik futbol oyunlarına giriş üçün bitkoinlə ödəniş nəzərdə tutulmayıb.