22 C
Baku
Friday, April 26, 2024

İlk dəfə – “Bank of Baku” və “Elektron hökümət”-in birgə layihəsi: elektron arayışla kredit və Bolkart al!

Azərbaycanın bankçılıq tarixində ilk dəfə “Bank of Baku” kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə etməyi təklif edir. Bu yenilik, “Bank of Baku”-nun “Elektron Hökümət” portalı ilə əməkdaşlığı sayəsində baş verir. Müvafiq müqavilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Bank of Baku” arasında imzalanıb.

Elektron arayışla kredit rəsmiləşdirmək üçün sadə bir üsul təklif olunur:

müştəri www.e-gov.az elektron  hökumət portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə elektron arayışı   formalaşdırır  və banka göndərir.  Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin  Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.

Müqavilə şərtlərinə əsasən bankın filiallarında eyni zamanda MHM-nin qeydiyyat məntəqələri fəaliyyətə başlayır.  Belə ki, müştəri kod parol olan zərfləri bank filiallarından da əldə edə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək  kifayətdir.

Qeydiyyata düşən müştəriyə xüsusi zərfdə şifrə təqdim olunur.Bu şifrə ilə müştəri öz şəxsi kabinetinə rahat daxil olub elektron arayış göndərə bilər.

Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Göndərilən arayışlar “Elektron hökümət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, Bolkart və ya imtiyazlı “Dostlar Klubu” kartları təklif olunur.

Beləliklə, kredit almaq niyyətində olan şəxs banka baş çəkib “Elektron hökümət” portalı vasitəsilə elektron arayış göndərə bilər.

Elektron arayışların verilməsi “Bank of Baku”-nun baş ofisində (Atatürk pr. 42) artıq başlayıb. Cari ay ərzində isə bu xidmət bankın filiallarında da həyata keçiriləcək.

“Bank of Baku”-nun “Elektron Hökümət” portalı ilə əməkdaşlığı çərçivəsində yaxın zamanlarda yeni innovativ layihələr təqdim ediləcək.

Ətraflı: www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər