14 C
Baku
Thursday, March 28, 2024

İlk HR dərsi: xadimənin adını bilin…

Universitetin ikinci kursunda təhsil aldıqda professor bizimlə yazılı test keçirmək istədiyini bildirdi. Çalışqan tələbə olduğumdan bütün suallara tez bir şəkildə cavab verdim, yalnız birindən başqa: “Universitetin korpusunu təmizləyən xadimənin adı nədir?”. 

Mənə elə gəldi ki, bu bir zarafatdır. Doğrudur, mən bizim xadiməni bir neçə dəfə görmüşdüm. Bu yaşı 50-dən çox olan, hündür, tünd saçlı bir qadın idi, lakin onun adını necə bilə bilərdim?! Bu suala cavab vermədən test vərəqimi təhvil verdim. Dərsin başa çatmasına yaxın tələbələrdən biri həmin sualın yekun qiymətləndirməyə təsir edib etməyəcəyini soruşdu.

—Təbii olaraq, — deyə professor cavab verdi. — Hansı işə düzəlməyinizdən asılı olmayaraq çox saylı insanla ünsiyyət qurmalı olacaqsınız və onların içərisində mütləq olaraq “mühüm olmayan” insanlar da olacaq. Onların hər biri sizin diqqət və qayğınıza layiqdir, hətta bu adi salamlama olsa belə.

Mən həyatım boyunca bu dərsi özüm üçün nümunə olaraq götürdüm. Üstəlik, xadimənin də adını öyrəndim. Onun adı Doroti idi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.