13 C
Baku
Friday, April 19, 2024

İlk metro harada yaradılıb?

Müasir şəhərləri metrosuz təsəvvür etmək çox çətindir. Hər gün külli sayda insan bu yeraltı nəqliyyat vasitəsindən istifadə edir. Bəs ilk metropoliten harada yaradılıb? Dünyada ilk metro xətti Londonda yaradılır. XIX əsrin ortalarında İngiltərənin paytaxtında əhalinin sayı iki milyon insana bərabər idi və Londonun bir rayonundan digərinə getmək əsl problemə çevrilmişdi. 

1855-ci ildə şəhərdə yeraltı dəmir yollarının çəkilməsi ilə bağlı qərar qəbul edilir. Dəmir yollarının çəkilməsi məsələsi ilə isə Metropolitan Railwaj şirkəti məşğul olurdu.

Qeyd etmək lazımdır ki, metronun inşa edilməsi paytaxtın görünüşündə əhəmiyyətli dərəcədə dəyişikliklər etmişdi.  İlk dəmir yolu xəttinin uzunluğu 3600 metrə bərabər idi və özündə 7 stansiyasını birləşdirirdi. İlk metronun açılışı isə 10 yanvar 1863-cü ildə baş tutur. Açılışı isə Böyük Britaniyanın gələcək kralı, Uels şahzadəsi VII Eduard edir.

Metronun ilk sərnişini də məhz o olur. Metro işə başladığı elə ilk gün 30 min sərnişin ondan istifadə etmişdi. Fəaliyyət göstərdiyi 1 ildə isə yeraltı nəqliyyat vasitəsindən 9 milyon insan, növbəti il isə 12 milyon insan istifadə etmişdi.

Zamanla metro lokomotivləri elektrik gücü ilə işləməyə başlayır. Lakin buna 40 il lazım olmuşdu. London metrosu tam olaraq 1905-ci ildə elektrikləşdirilib. Hazırda London metrosunda 12 metro xətti var. Gündəlik olaraq bu nəqliyyat növündən 3 milyon insan istifadə edir ki, bu da ildə 1 milyard sərnişin edir.

Son xəbərlər
Digər xəbərlər