13 C
Baku
Saturday, April 27, 2024

İlk taksilər necə yaranıb?

Taksi barədə – bizi şəhərin və yaxud ölkənin istənilən nöqtəsinə çatdıran bir nəqliyyat xidməti olduğundan başqa nə bilirik?

Taksilər 18-ci əsrdə Fransada peyda olub və bunlar muzdla tutulan “taksi insanlar” idi.

Arabalı taksilər hələ Qədim Romada mövcud idi. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılmışdı və bu taksometr adi bir çanaq idi və təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırdı. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda çanaqdakı daşların sayına görə təyin edilirdi.

Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində Yellow Cab şirkəti tərəfindən seçilmişdi. Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü.

1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan “şahmat löhvəsi” və yaşıl işıq yaradıldı. Bu taksinin hazırda bol olduğu mənasına gəlirdi.

Dünyanın ən bahalı taksisi İngiltərədədir. Bu reytinqdə ikinci pillədə İtaliya, üçüncü pillədə Almaniya qərarlaşıb.

Ən ucuz taksi isə Çindədir və burada taksi sürücülərinin 30%-i qadınlardır. Finlandiyada isə taksi sifarişlərinin demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zellandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb. Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb.

Çili isə ən qeyri-adi taksilərə sahibdir. Bu taksi – inəklərdir. Vyetnam da Çilidən geri qalmır və burada getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər