22 C
Baku
Friday, April 26, 2024

IMF neft ölkəsi üçün 2 000%-lik hiperinflyasiya proqnozlaşdırır

Bu il Venesuelada qiymət artımının 720%, gələn il isə 2 000% təşkil edəcəyi gözlənilir.

Bu proqnozu Beynəlxalq Valyuta Fondu (IMF) açıqlayıb.

Fondun ekspertləri hesab edirlər ki, Cənubi Amerika ölkəsi iqtisadi çətinliklərdən əziyyət çəkməkdə davam edəcək və mal idxalı sahəsində məhdudiyyətlə üzləşəcək.

“2017-ci ildə Venesuelada istehsal olunan ümumi daxili məhsul (ÜDM) 2016-cı illə müqayisədə 7,4% az olacaq. Ölkədə işsizlik səviyyəsi isə 21,2%-dən 25,3%-ə çatacaq”, – deyə IMF-in açıqlamasında bildirilir.

Xatırladaq ki, Venesuela Mərkəzi Bankı 2016-cı ildə ölkədə qiymət artımının 800% olduğunu açıqlayıb. İnflyasiya prosesi sürətləndiyi üçün hökumət dövriyyəyə yeni nominallı əsginaslar buraxmağa məcbur olub. Əgər 2016-cı ildə milli valyuta – bolivarın nominal dəyəri 100-dən çox deyildisə, hazırda əhalinin istifadəsində 500, 1 000, 2 000, 3 000, 5 000, 10 000 və 20 000-lik bolivarlar var.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər