25 C
Baku
Saturday, April 20, 2024

IMF: Yaxın 5 ildə Azərbaycanda adambaşı ÜDM 34% artacaq

Azərbaycanda adambaşına ÜDM-in həcmi illik müqayisədə 140 ABŞ dolları və ya 3,5% artaraq 2017-ci ilin yekununda 4 100 dollara çatacağı gözlənilir.

Bu proqnoz Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən verilib.

Proqnozda bildirilib ki, 2018-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4 440 dollara, 2019-cu ildə 4 750 dollara, 2020-ci ildə 5 080 dollara, 2021-ci ildə 5 440 dollara, 2022-ci ildə isə 5 840 dollara çatacaq.

Qeyd edək ki, Azərbaycanda adambaşına ÜDM-in tarixi rekord həddi 2014-cü ilin yekununda qeydə alınıb və 8 050 dollar təşkil edib. Bu göstərici 1992-ci ildən hesablanır və onun minimal həddi də məhz həmin ildə (160 dollar) qeydə alınıb.

IMF-in proqnoz hesabatında 2017-ci iln yekununda inkişaf etməkdə olan ölkələrdə orta adambaşına ÜDM-in 4 960 dollar, inkişaf etmiş ölkələrdə ortalama 45 070 dollar, ümumi dünya üzrə isə 10 750 dollar təşkil edəcəyi ehtimal olunur.

Xatırladaq ki, Azərbaycanda bu göstərici 2007-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrin orta adambaşına ÜDM-ni üstələyib.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər