20 C
Baku
Wednesday, April 24, 2024

İnam Kərimovdan yeni təyinat (foto)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. Onun sözlərinə görə, C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, bu məlumatı ilk olaraq “Qafqazinfo” yazıb. Saytın yazdığına görə, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

C. Quliyevin dünən İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin zəhərlənməsi faktına görə işdən çıxarıldığı ehtimal olunur.

f4d346eb91998959241485b282d92907

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər