20 C
Baku
Wednesday, April 24, 2024

İnanılmaz “sağ qalmaq” tarixçəsi

2005-ci ilin yayında inanılmaz dərəcədə cəsur bir şəxs olan Alen Bombar dünyasını dəyişir. Onun artıq 81 yaşı var idi.

Bundan 50 il əvvəl isə bu həkim adi rezin qayıqla Atlantik okeanını üzüb keçmişdi. Bunun üçün ona 65 gün lazım olmuşdu. O dəniz suyu içmiş və okeandan tuta bildiyi canlılar ilə qidalanmışdı. O bununla gəmi qəzasına uğramış insanların həyatda qalmaq şanslarının olduğunu sübut etmək istəyirdi. Və o bunu sübut etdi.

Bombar gündəlik tutmuşdu və bura hər şeyi qeyd edirdi. Məsələn: “Çiy balıq əti yemək insanı infeksiyaya qarşı daha çox həssas edir. Kiçik yaralar əmələ gəlir”.

O belə müəyyən edir ki, dəniz suyunu içmək olar. Lakin çoz az-az və bu zaman böyrəklər duzun öhdəsindən gələ bilir. Lakin bu duzlu suyu yalnızca ilk 6 gün içmək olar. Daha sonra isə balıq tutub onun suyunu sıxmaq lazımdır. Balığı sıxdıqda onun dərisi parçalanır və limfa vəziləri xaric olur. Bax elə onu içmək lazımdır. Yaxud balığı hissələrə bölüb parçaya bükmək və sıxmaq lazımdır. Bir neçə gün boyu bu suyu içdikdən sonra yenidən dəniz suyu içmək olar.

Səhərlər yarım litrə yaxın su yığmaq şansınız var. Belə ki, səhər rezin qayığın üzərinə hopmuş düşən şeh damcılarını toplamaq şansınız var. Susuzluğu yatırmaq üçün isə istənilən parçanı isladıb üzə qoymaq lazımdır. Paltarınız islansa belə onu çıxarmayın. Geyim bədən istiliyini qoruyub saxlayır.

Bombar daha nələri sınaqdan keçirməyib. O fırtınalara, qasırğalara və şiddətli gün vurmalarına məruz qalmışdı. Onun ayaqlarının dərisi tamamilə parçalanmış, əl barmaqlarının dırnaqları ətdən ayrılmış, ayaq barmaqlarının dırnaqları isə qopmuşdu. Zamanla o şüurunu oyaq saxlaya bilmirdi və yanındakı “kukla” ilə danışırdı. Bu kiçik kuklanı ona dostları hədiyyə etmişdilər. Və Bombar qalib gəlir. 65 gündən sonra o Barbados adasına gəlib çatır.

O üzməyə ilk başladığı vaxtdaca onu atmış dostu Cekə yazır: “Qələbə qazanmaq üçün ona inanmaq lazımdır!”. Bunu yazdıqdan sonra isə o tənha şəkildə səfərə çıxmışdı.

O qalib gəldi. Çünki insanın ilk öncə qorxu səbəbindən öldüyünü yaxşı bilirdi. “Titanik” gəmisinin sərnişinləri də xilasedici qayıqlarda məhz buna görə həlak olmuşdular. Bir çox insan bu şəkildə həlak olmuşdu. Bombar onlara bir şans yaratdı. O sübut etdi ki, insan hər şeyi bacarır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər