15 C
Baku
Friday, April 26, 2024

İncəsənətə investisiya etmək ilə bağlı 5 qayda

1958-ci ildə bütün dünya Sezannın (fr. Paul Cézanne) “Qırmızı jiletli oğlan” rəsm əsərinə görə ödənilən £220 min avro məbləği ilə heyrətə gəldi.

Amma yeni əsrdə incəsənətə edilən bu investisiya məbləğini hətta təvazökar da adlandılrmaq olar. 2004-cü ildə Pikassonun əl işi olan «Tütəkli oğlan» əsəri 104 milyon dollara satışmışdı. Ötən il isə Evard Munkun “Qışıqırıq” əsəri auksiondan 120 milyon dollara satıldı. Bu günə qədər alınmış ən bahalı incəsənət əsəri isə Pol Sezannın “Kart oyunçuları” əsəri hesab olunur. Bu rəsm işi Qatarın kral sülaləsinə 250 milyon dollara satılıb.

Sizə incəsənətə investisiya etmək ilə bağlı başlıca qaydaları təqdim edirik, bu tövsiyələr sizə bu növ maliyyə yatırımlarından maksimal fayda götürmək imkanı verəcəkdir.

1. Parlaq və aydın ideyalara sadiq qalın, incəsənət əşyalarının qiymətləndirilməsində müəyyən faktorlara (müəllif, janr, incəsənət tarixində müəyyən dövr və ya mərhələ, iş üslubu və ya konsepsiya) əsaslanın.

2. İncəsənət kolleksiyalarının ərazi baxımından nisbətən qeyri bərabər paylanması bu bazarda mal dövriyyəsinin daima aktiv olmasına gətirib çıxarır.

3. Müəllifin akademik yetkinliyini nəzərə alın. Elə yaş dövrü vardır ki, rəssamın həmin dövrdə yaratdığı əsərlər onun ək yüksək dəyərə malik əsərləri hesab olunur və qiymət baxımından pikə çatır. Bu dövr hər rəssamda fərqli olur. Ən məhsuldar dövrlər isə 35-36 yaşlar hesab edilir.

Top-1000 reytinqində yer alan 40 əsər məhz bu yaşlarda yaradılıb.

4. Prodüser xidmətlərini heç də diqqətdən kənar qoymayın, bu xidmətlər potensial alıcının gözündə sənətkarlıq nümunələrinin dəyərinin artırılmasına yönəlmiş tədbirlər kompleksindən ibarət ola bilər.

5. Əsərin məzmun (kontekst) dəyərini də nəzərə alın, bu müəyyən süjet xətti və ya bəşər tarixində dönüş xarakteri daşıyan məqamlar ilə də bağlı ola bilər.

Bu prinsiplərə riayət edilməsi, sənətkarlıq əşyalarına edilən investisiya prosesini nizam-intizama salmağa kömək edəcək, məntiqdən uzaq qərarların qəbulu ehtimalını nəzərəçarpacaq qədər azaldacaq və kolleksiyanızda yer alan sənətkarlıq nümunələrin gələcəkdəki prodüser təbliğatı işini asanlaşdıracaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər