19 C
Baku
Tuesday, April 16, 2024

İndi hər kəs Ata Sığorta haqqında danışır

Nettrends 2014-cü ilin iyun ayı üçün bank, sığorta sektorları və mobil operatorlar haqqında Azərbaycanın xəbər saytları və çap mediasında yer alan xəbərlərin sayını elan edib.

Sığorta Şirkətləri içərisində lider olan 12%-lə Ata Sığortadır. Ötən ayın lideri isə 2ci pilləyə düşüb. Belə ki, AXA Mbask 11%, Paşa Həyat Sığorta 9%, Azsığorta 9%, Buta Sığorta 8%, Atəşgah sığorta7%, Bakı Sığorta 5%,Paşa sığorta 4%,AzərSığorta 4%, Standard İnsurance 3%, Şirkətlərinin adı hallanıb.

Digər Sığorta Şirkətləri isə 27%-lə daha sonrakı pillələrdə yerləşib.

Təqdim edilən rəqəmlər müvafiq adların yerli mediada Azərbaycan, rus və ingilis dillərində 170-dən çox xəbər saytında və gündəlik qəzetlərdə dərc edilmiş məqalələrin analizinə əsasən müəyyən edilib.

Qeyd edilməlidir ki, elan edilən bu statistik məlumatlar Nettrends-in hazırladığı xüsusi proqram təminatına inteqrasiya edilmiş xəbər saytlarının və izlədiyimiz qəzetlərin məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır.

Son xəbərlər
Digər xəbərlər