15 C
Baku
Friday, March 29, 2024

İndi “WhatsApp” messencerində göndərilmiş mesajları silmək mümkündür

“WhatsApp” messencerində göndərilmiş mesajları silmək imkanı əlçatan olub. Bu haqda “9to5Mac” bloqu yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar, bu halda həmsöhbət “Bu mesaj silinib” yazısını görəcək. Mesajı silmək üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə sıxmaqla mesajı silə bilər.

Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir. 27 oktyabr tarixindən bütün istifadəçilər tədricən sözügedən funksiyadan istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər