15 C
Baku
Tuesday, April 23, 2024

İnflyasiya və investisiya qayıdışı

İnflyasiya nəticəsində meydana çıxan maliyyə artımı fiziki böyümə zamanında olduğu kimi eyni dərəcədə maliyyə qidalanması tələb edəcək. Mənfəət sərhədlərini inflyasiya ilə qəti proporsiyalara uyğun şəkildə genişləndirməyin tövsiyə olunması da məhz bu faktor ilə izah olunur. Ya da əks təqdirdə, bütün biznes yalnız ən cüzi xərcləri qarşılamaq iqtidarında olan istehsalçıların mülkiyyətində cəmlənəcək.

İstənilən qeyri adekvat mənfəət, son nəticədə müəssisənin gücünün ixtisarı ilə nəticələnəcək. Eyni zamanda qeyri adekvat gəlirlərin təsis edilməsi ilə müəssisənin gücü daha böyük intensivliklə ixtisar olunacaq. Burada alternativ rolunda dividentlərin səviyyəsinin azaldılması, borcların həcminin artırılması, hətta artım və inkişaf tempinin azaldılması da çıxış edə bilər.

Təşkilatın bütün aktivləri, əlbəttə ki, onun torpaq mülkiyyəti istisna olmaqla yekunda tamamı ilə yeni bir səviyyədə ölçülüb-biçilməlidir, bu səviyyə isə inflyasiyaya uyğun müəyyən olunur. Bütün amortizasiya olunan aktivlərlə birlikdə işlək kapital yaradılır. Qeydiyyata alınmış bütün aktivlərin təmin olunmasına gəldikdə isə bu proses aktivin özünün mövcudluğu dövründə təxirə salınmalıdır, amma ki, bu effektin ümumi istiqamətləri dəyişilməz qalmalıdır. İnflyasiyanı kompensasiya etmək üçün borcları və xalis gəliri artırmaq gərəkdir.

Mənfəət sərhədlərinin dəyişməz olaraq, həmişəki sərhədlərdə qalacağı təqdirdə inflyasiya proseslərinin biznesə yetirdiyi son təsir özü isə kifayət qədər proqnoz edilə biləndir Bundan əlavə bir yığın qeyri effektiv, böyük borcları olan və praktiki olaraq sıfır dividentli kompaniyalar sadəcə geriyə qalmağa başlayır. Bütün bunlar ona görə baş verir ki, onlar şəxsi aktivlərinin artımı maliyyələşdirmək iqtidarında olmur. Onların nisbi artım göstəriciləri dərhal aşağı düşməsə başlayır. Nisbi xərclər isə dayanmadan artıq və müəyyən bir anda ümumiyyətlə qarşılanması mümkün olmayan xərclərə çevrilir. Sonda belə kompaniyalar sadəcə olaraq bazarı tərk etmək məcburiyyətində qalır.

İctimai siyasətə gəldikdə isə, onun üçün belə şərtlərin tələb olması son dərəcə aydındır. Bu zaman qiymətləri yüksəltmək və dividentlərin səviyyəsini azaltmaq lazımdır. Bu fəaliyyətlər nəticəsində, hökumət korporativ mənfəətlər sayəsində daha böyük miqdarda pul vəsaiti əldə edə biləcək. Mənfəətlərin artımı isə öz növbəsində inflyasiyanın əleyhinə çıxış edəcək, nəinki qısamüddətli, həm də uzunmüddətli perspektivdə.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər