23 C
Baku
Saturday, April 20, 2024

İnformasiya magistralında daha bir bələdçi – Google (II yazı)

Müəllif: Yeganə Məmmədova , Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 Google axtarış saytının tarixi də hər hansı başqa şirkətin tarixində olduğu kimi, çoxlu sayda qalmaqallarla bağlıdır. Əlbəttə, onların əksəriyyəti sırf reklam məqsədləri güdür.

Bu qalmaqallardan bəziləri virtual aləmdə böyük əks-səda doğurmuşdu. Təkcə bir il ərzində baş verən bəzi qalmaqalları qeyd etmək istərdik: 

 •2004-cü il yanvarın 29-da Google şirkətinin vəkilləri  “böyüklər üçün” yaradılmış Booble axtarış sisteminin sahiblərinə bu parodiya xarakterli servisi bağlamaq tələbi ilə məktub göndərirlər.Google nümayəndələrinin bu məktubunda göstərilir ki, Booble  Google-un müəllif hüquqlarını pozur. Bundan başqa, Booble-un interfeysinin tam dəqiqliyi ilə Google-un interfeysini təkrarlamağı azmış kimi, o erotik sayt və malların axtarış sistemi idi. Booble-un loqotipi də Google-u xatırladırdı.

 •2004-cü il yanvarın 29-da ABŞ-da Google-un reklam texnologiyasına dair məhkəmə işi başlayır. Bu dəfə iddiaçı kimi American Blind and Wallpaper Factory divar kağızları və jalüz istehsalçısı çıxış edir. Bu şirkəti Google-un fəaliyyətində qane etməyən o idi ki, açar sözlərlə axtarış zamanı American Blind and Wallpaper Factory-nin adı ilə yanaşı, onunla rəqabət aparan şirkətlərin də adı çıxırdı.

 •2004-cü il aprelin 7-də Google-un yeni poçt servisi işə başlayan kimi adı ilə bağlı iradlarla qarşılaşdı. Sən demə, Gmail brendi 2002-ci ildən bir ingilis şirkəti tərəfindən istifadə olunurmuş. Market Age şirkətinin nümayəndələri bildirirlər ki, bu brendi onlar 2000-ci ildən yaratmış və öz iddialarını məhkəmədə bildirəcəklərini bəyan edirlər. Google-un hüquqşünasları buna fikir vermirlər, belə ki, Gmail poçt servisini açmazdan əvvəl bütün qeydiyyat məsələlərini ciddi nəzərdən keçirir və bu adda heç bir brend aşkar etmirlər. Bu qalmaqal da Google-un fəaliyyətinə təsir etmir.

 •2004-cü ilin mayında Amerika riyaziyyatçısı Edvard Kaznerin (google terminini ilk dəfə Kazner işlətmişdir) qohumları Google-a qarşı iddia irəli sürürlər. Xatırladaq ki, bu sözdəki «o» hərfləri sıfır kimi 100 dəfə işlədilə bilər.

 •2004-cü il martın 23-də Kaliforniya sakini Maykl Bredli Google-dan fırıldaq yolu ilə külli miqdarda pul tələb etdiyinə görə şirkət onu məhkəməyə verir. O, axtarış nəhəngindən 100 min ABŞ dolları tələb edir və tələbi yerinə yetirilməzsə, Google-un reklam bannerlərində saxta kliklər olan proqramları spamerlərə göndərməklə hədələyirdi.

•2004-cü il iyulun 20-də Google-un sabiq əməliyyat direktoru Brayan Rid şirkəti yaş əlamətinə görə ayrı-seçkilikdə ittiham edir. Həmin ilin fevral ayında işdən azad edilmiş 54 yaşlı Brayan şirkətin cavanlardan ibarət kollektivinə uyğun olmadığına görə işdən çıxarılmışdı. İllik 200 min dollar məbləğində maaşı itirən menecer həmçinin 119 min opsionu (hər opsionu 1 ədədi 30 sent olan səhmə dəyişmək olurdu) itirmişdi. Nəzərə alsaq ki, Google-un səhmləri hərracda 108-135 dollar arasında satılır, bu, sözün əsl mənasında böyük itki idi. Brayan bütün bunları itirdiyinə görə məhkəməyə müraciət etmiş, öz iddiasında ona dəyən maddi və mənəvi zərərin şirkət tərəfindən ödənilməsini tələb etmişdir.

•2004-cü il iyulun 6-da  nəhəng axtarış sistemi Google-la proqram təminatı istehsalı üzrə Affanity Enganies firması arasında bəzi texnologiyalardan istifadə hüquqları uğrunda məhkəmə işi gərgin nöqtəyə çatır. Bu şirkətin sonradan Google-a keçmiş əməkdaşı Orkut Büyükkokten bir neçə il əvvəl Orkut.com şəbəkəsi üçün hazırladığı proqram kodundan Google-da istifadə etdiyinə görə ittiham olunur. Adıçəkilən servis Google üçün nəzərdə tutulmuş və onlayn ünsiyyət üçün istifadə olunur. Bu mübahisə indiyə qədər davam edir.

 Bütün bu qalmaqallara baxmayaraq, təkzibedilməz bir fakt göz qabağındadır: Google bu gün İnternet lideridir. Şirkətin aktivində iri İnternet korporasiyaları ilə sıx əməkdaşlıq, çoxlu mükafat vardır. Bir də istifadəçi sevgisi…

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər