16 C
Baku
Saturday, April 27, 2024

İngiltərədə 40% məmur işdən qovulur

Institute for Fiscal Studies (IFS)-in  hesablamalarına görə, 2018-2019-cu illərdə İngiltərədə dövlət qulluqçularının sayı 40%-ə qədər məhdudlaşdırılacaq. Bu 1948-ci ildən bu günə qədər ən təsirli ixtisar olacaq. Ən son ixtisarlar dalğası özəlləşdirmə ilə əlaqədar olaraq 80 və 90-cı illərdə həyata keçirilmişdi. 

Dövlət qulluğu sahəsində ixtisarlar 2010-cu ildə başlamış büdcəyə qənaət proqramının bir hissəsidir. Dövlət qulluqçularının sayı böhrandan sonra artmağa başlayır və 2010-cu ildə rekorda həddə – 6,1 milyon insana çatır. Hazırda ölkədə olan dövlət məmurlarının sayı 5,7 milyon insandır. İxtisarlar hərbi qüvvələr, polis, təhlükəsizlik qüvvələri, İngiltərə bankı, mərkəzi və yerli hökumət qüvvələrinin departamentlərində çalışan dövlət məmurlarına şamil ediləcək. Bu ixtisarlar yalnızca təhsil və tibb sahəsində işləyən məmurlara aid edilməyəcək.

Verilən məlumatlara görə, bu ixtisarlar Britaniya iqtisadiyyatının xeyrinə ola bilər: 2013-cü ildə artım templəri 1,9% təşkil edirdi. Burada yeganə həll edilməmiş problem dövlət borcunun yüksək səviyyədə olmasıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər