21 C
Baku
Thursday, April 25, 2024

İnklər sosializmi niyə yaradıb?

XV-XVI əsrlərdə İnk İmperiyası Cənubi Amerikada o dövrdə mövcud olan ən qüdrətli imperiya idi. İmperiya 2 milyon kvadrat metr əraziyə sahib idi və əhalisinin sayı təqribən 20 milyon nəfər idi. İnk imperiyasının ərazisinə müasir Kolumbiya, Çili, Boliviya, Ekvador, Argentina və Peru daxil idi. Bununla yanaşı, mürəkkəb və çətin yollarla əlaqəli idilər.  İnklərin qida, tekstil, qızıl cəhətdən zəngin olması onlara şəhərlər salmağa imkan verirdi. Lakin onların heç vaxt pulları, bazarları, mağazaları və adi iqtisadiyyata xas xüsusiyyətlər olmayıb.

Pulsuz zənginlik:

İnklərin həyatlarının bir çox cəhətləri bu günə qədər sirr olaraq qalır. Lakin missionerlərin sənədlərinə əsasən, inklər şəhər salmağı və dağ kənd təsərrüfatını yaxşı bacarırdılar. İnk cəmiyyəti o qədər varlı idi ki, yüz mühəndisə sahib ola bilirdi. Onlar dağlarda fermalar qurur və hər yüksəkliyə uyğun əkiləcək bitki növünü təyin edirdilər. Bununla yanaşı, onlar dağlarda torpağın məhsuldarlığını artırmaq üçün ağaclar əkirdilər.

GuerrerosIncas3İnk memarları o qədər istedadlı idilər ki, nəhəng piramidalar düşünür və yaradır, suvarma sistemini təşkil edir və qeyri-adi nəhəng məbədlər ucaldırdılar. Onların işi çətin riyazi hesablama tələb edirdi. Şimaldan cənuba doğru min kilometrlərlə uzanan bu imperiya effektiv poçt sisteminə sahib idi və poçt sistemi 10-15 min işçiyə sahib idi. Ümumilikdə İnk imperiyası yüksək şəkildə inkişaf etmiş, güclü və varlı hökumətlərdən biri idi.

Lakin bununla yanaşı, imperiyada ticarət mövcud deyildi. Zənginliyi isə kommersiya əməliyyatlaır ilə yaratmaq mümkün deyildi. Demək olar ki, bütün məhsullar ölkə ərazisində yetişdirilirdi və çox az bir hissəsi xaricə ixrac edilirdi. Bütün istehsalat, çatdırılma və məhsulun istifadə edilməsi mərkəzi hökumətin nəzarəti altında idi. Heç nə satılmır və alınmırdı. İmperiyada bazar, mağaza olmadığından pul da yox idi. Heç kimin pullara ehtiyacı və xərcləyəcək yeri yox idi. İnklər məhsulun effektiv hökumət-administrativ bölüşdürülməsi sistemini yaratmışdılar.

Vergi kimi iş:

Pulların olmaması adət edilmiş halda verginin də olmaması demək idi. İnklər vergi qismində pul ödəmək əvəzinə dövlət üçün işləməli idilər. Əlbəttə, bu vergini də hər kəs ödəmirdi. Varlı aristokratlar və onların yaxın adamları dövlət qulluqçuları kimi vergi vermirdilər.

Vergi tutulması sistemi kifayət qədər sadə şəkildə təşkil edilmişdi. Bir neçə 10 və yaxud 100 sadə işçi yerli dövlət qulluqçusuna tabe idilər və bu dövlət qulluqçusu onlara dövlətin marağında olan bu və ya digər tapşırıqları tapşırırdı. Mütləq işlər üç növə bölünürdü: dövlət torpaqlarının becərilməsi, parça istehsalı və yol, qurumlar, kanalların çəkilməsi və həmçinin orduda xidmət. İlk iki işlər şəxsin yaşadığı ərazidə, üçüncü isə lazım olan yerdə həyata keçirilirdi.

terraces

İşçi mükafat olaraq qida, geyim və həyat üçün mühüm olan digər əşyalar alırdı. Bundan əlavə, “əmək vergisində” fərqlənən şəxslərə İmperator mükafatı – zinət əşyaları, xüsusi geyim, incəsənət nümunəsi, əlavə qida və şəxsi istifadəsi üçün torpaq sahəsi verilirdi.

İnk iqtisadiyyatının digər qəribə xüsusiyyəti də bir şəxsin öldükdən sonra da öz əmlakını mülkiyyətində saxlaması idi. Varlı şəxs öldükdən sonra belə öz sərvətinin sahibi olaraq qalırdı. Onun ailəsi isə bu zənginliyi nəsildən nəsilə ötürürdü.

Bazarlar əvəzinə, qida:

Bəs bir çox cəhətlərdən bu dərəcədə inkişaf etmiş imperiya nəyə görə bazara sahib deyildi? Mümkün cavablardan biri bu ola bilər: inklərin həyatı çətin şərait səbəbindən çox ağır olduğundan, onlar əsas diqqəti kənd təsərrüfatına yönəltmişdilər. Başqa sözlə desək, imperiya əsas olaraq fərdi ticarətə deyil, aclıqdan xilas olmağa istiqamətlənmişdi.

Bir çox araşdırmaçılar İnk imperiyasını ideal sosialist dövləti hesab edirlər. Əslində isə, inklər digər xalqların yaratdığı kimi imperiya yaratmışdılar. İmperiya liderləri daxili müharibələr və qiyamlar ilə, qullar və işçilər isə memarların ideyalarını həyata keçirməklə məşğul idilər. Diqqət çəkən çəhət, sərt təbiət şərtlərinə baxmayaraq, komanda şəklində olan iqtisadiyyatın qul və işçiləri necə yaxşı qidalandırdığıdır.


Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər