15 C
Baku
Saturday, April 20, 2024

İnsan Resursları Mütəxəssisi – Veysəloğlu Şirkətlər Qrupu

Vəzifəniz: İnsan Resursları Mütəxəssisi

Təcrübə, bilik və bacarıqlarınız:

 Ali təhsil
 Müvafiq sahədə minumum 2 il iş təcrübəsi
 Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
 Elektron hökümət portalında sərbəst istifadə bacarığı
 MS Office proqramlarında sərbəst istifadə bacarığı
 Logo Tiger proqramından sərbəst istifadə bacarığı arzuolunandır
 Yaxşı səviyyədə ingilis və rus dili biliyi arzuolunandır
 Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə aparma bacarığı
 Daim inkişafa meyillilik
 Dürüstlük, obyektivlik və təşəbbüskarlıq

Görəcəyiniz işlər:

 Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin qəbulu, transferi, vəzifə artımı, işdən azad edilmə və s. sənədlərin rəsmiləşdirilməsi, məlumatların elektron hökümət portalına daxil edilməsi
 Əmək kitabçalarına lazımı məlumatların qeyd edilməsi
 İşçilərin şəxsi işlərinin hazırlanması və qorunması
 Çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək
 Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
 İşçilər haqda məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləmək, lazımi dəyişikliklərin oraya daxil edilməsi

Sizə nə vəd edirik:

 Rəqabətədavamlı əmək haqqı
 Müddətsiz əmək müqaviləsi
 Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
 Dinamik iş şəraiti
 İşgüzar və mehriban kollektiv
 Nəqliyyat təminatı
 Ləzzətli nahar yeməyi

Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına “İnsan Resursları Mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər