İnsan Resursları üzrə mütəxəssis – PAŞA Sığorta ASC

“PAŞA Sığorta” ASC namizədləri “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Əmək müqaviləsi bildirişlərinin (xitam, dəyişiklik, işə qəbul) elektron hökumət portalına daxil etmək;
• İşçi ilə bağlana biləcək bütün növ müqavilələrin tərtib etmək;
• Rəsmi əmrlərin tərtib etmək;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
• Müvafiq məlumat bazasına məlumatları daxil etmək;
• İnsan Resursları komandasının digər üzvlərinin daxil etdiyi məlumatın düzgünlüyünə nəzarət etmək;
• Sosial sığorta kartlarının elektron qaydada sifariş etmək;
• Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işləri həyata keçirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilini orta səviyyədə bilməsi arzuolunandır;
• Təşkilatçılıq bacarıqları;
• İş yükünün effektiv planlaşdırılması və tələb olunan vaxt çərçivəsində icra etmək bacarığı;
• Təqdimat etmə, eyni zamanda bir neçə layihəni idarə etmə, komandada işləmək bacarığı;
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
• IR sahəsində minimum 3 il iş təcrübəsi.

Son müraciət tarixi: 15 iyul, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

📝 RƏY BİLDİR