İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri – Kapital Bank

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;
  • İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;
  • Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərlə əməkdaşlığın qurulması;
  • Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;
  • Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.

Tələblər

  • Ali  təhsil;
  • İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;
  • Əla ünsiyyət bacarıqları;
  • Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
  • İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;
  • Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.

CV-lərinizi, mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.