20 C
Baku
Wednesday, April 24, 2024

İnsan vaxtını necə idarə etməlidir?

1383230 725097567517138 1382381806 nMüəllif: VitalCV şirkətinin direktoru Çingiz Eyvazov

Çoxları bilir ki, vaxt dəyərlidir. Hətta belə bir məsəl də var: Vaxt pula bərabərdir. Amma buna baxmayaraq çoxlarımız vaxtı boş və lazımsız işlərə sərf edirik. Gün sonunda isə buna görə peşman oluruq. Nəticədə əhvalımız da pozulur. Belə olmasın deyə vaxtımızı düzgün idarə etməliyik. O zaman belə bir sual yaranır: Vaxtı düzgün idarə etmək olurmu və əgər olursa bu necə edilir?

İlk növbədə vaxtın idarə olunması anlayışını sadə dildə anlayaq. Vaxt o zaman düzgün idarə olunmuş hesab olunur ki, əgər siz gün sonunda əsas işlərinizi yekunlaşdırmış olursunuz. Əslində gün ərzində görülməsi tələb olunan bir sıra işlər yaranır. Lakin bu işlərin bir hissəsi önəmli, digər hissəsi isə ikinci dərəcəlidir. Vaxtın düzgün idarə edilməsi üçün siz ilk növbədə görüləcək işləri önəmlilik dərəcəsinə görə qruplaşdırmalısınız. Gününüzün əsas hisssəsini önəmli işlərə sərf edin. Önəmli olan işlər təxirə salınmayan işlərdi və onların icrası ya dərhal ya da ki gün ərzində reallaşmalıdır. Bu cür işlərə rəhbərliyin göstərişləri, vacib görüşlər və s. daxildir. Çoxlarınız deyə bilər ki, iş o qədər çox olur ki, işləri günün sonuna kimi bitirə bilmirəm. Əslində bunun yeganə səbəbi “prorostinasiyadır”. Yəni sizin vaxtınızın çox hissəsini xırda işlər alır. Bura çay fasiləsi, həmkarlarınızla lüzumsuz söhbətlər, konfliktlər, xəyallara dalma, karandaş rəndələmək, internetdə olmaq və s. buna oxşar işlər aiddir. Onları cəmdə toplasaq gününüzün ən azı üçdə bir hissəsi buna sərf olunur. Necə deyərlər dama-dama göl olar. İnanmırsınızsa özünüz bunu yoxlaya bilərsiniz. Görüləcək əsas işləri siyahıya alın yəni yazın. Yazılmış işlər sizi daha fəal olmağa vadar edəcək. Zamanı idarə etmək üçün ən ideal variantlardan birisi də sabahkı günü öncədən planlaşdırmanız olar.

Əlavə olaraq sizin mənəvi inkişafınız da önəmlidir. Gününüzü planlayarkən bunu da nəzərə alın. Vaxtınızı səmərəli idarə edin, yalnız bu cür siz uğurlu insana çevrilə bilərsiniz!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər