22 C
Baku
Friday, April 19, 2024

İnsan yaddaşının həcmi

Yaddaşımızın həcmi müasir kompüterlərin yaddaş həcmindən daha böyükdür. Təəccüblüdür, amma doğrudur.

Abraham Maslou demişdir ki, – “İnsan irqinin tarixi özlərini düzgün qiymətləndirə bilməyən kişi və qadınların tarixidir”. Maraqlıdır ki, insanlar reallıqda daha böyük nailiyyətlər əldə edə bilərkən, daha kiçik nailiyyətlərdə dayanırlar.

Əsas problem odur ki, insan müvəffəqiyyət əldə etmək və xoşbəxtlik üçün demək olar ki, qeyri-məhdud imkanlara malikdir, lakin bu bacarıqlardan istifadə üzrə təlimatı yoxdur. Nəticədə insan özü-özünə təlimat fikirləşir. Çoxu isə bunu fikirləşmək gücünə malik deyil. Onlar bütün həyatları boyu çalışır, nə isə əldə etmək istəyir, lakin bacarmırlar.

Tarix boyu insanların fövqəladə bacarıqları haqda bizə maraqlı faktlar məlumdur. Məsələn, Makedoniyalı İskəndər ordusundakı 30000 əsgərin hər birini üzdən tanıyırdı. Kor qadın heykəltəraş L.Po toxunuşla 100-dən çox heykəl yaratmışdı. Eşitmək və danışmaq bacarığı olmayan Skoroxodova soyadlı bir qadın ali təhsil alıb, dokrotluq dissertasiyasını müdafiə edib və kitab yazıb.

Bəzən qüsurlardan inanılmaz istedadlar yaranır. Məsələn, Albert Eynşteyn məktəbdə fizikadan üç alırmış. N.V. Qoqol mətəbdə çox zəif inşalar yazırmış. Bethoven həmişə musiqi ilə maraqlanmış, lakin vurma cədvəlini sona qədər öyrənə bilməmişdi. İ.Qonçarov yalnız 40 yaşında ədəbiyyatda uğur əldə edib. Vaqner isə yalnız 20 yaşında notları oxuyub yazmağı öyrənib. Göte ən yaxşı əsərlərini 50 yaşından sonra yazıb. Orator olmazdan əvvəl, Demosfenin zəif səsi var idi və o çox utancaq idi.  

Dahilərin fikirləri adətən dağınıq olur. E.Rezerford ictimai mühazirələrində bütün formulları unudurdu. Nyuton bir dəfə yumurta bişirmək qərarına gəlir, saatı götürür, vaxtı qeyd edir və sonra görür ki, yumurta əlində qalıb, saat isə qazandadır.

Lakin dahiliyin digər əks tərəfləri də mövcuddur. Motsart Mizerezenin notları gizli saxlanan çoxsəsli əsərini Vatikanda cəmi bircə dəfə dinlədikdən sonra, bir gecəyə onu dəqiqliklə nota köçürüb.

Filosof B.Fuller deyirdi: “Mən 70 il yaşamışam. Bu 600 min saat edir. Onlardan 200 minini yatmışam, 100 mini qida qəbulu və sağlamlığın bərpasına gedib, 200 min saat mən təhsil almışam və pul qazanmışam. Yerdə qalan 60 min saatı mən yolda keçirtmişəm. Qalan 40 min saat, günə 1,5 saatı mən sadəcə yaşamışam”.

 

Professor Lübişev həyatını elə planlaşdırmışdı ki, ümumilikdə 12000 səhifədən ibarət müxtəlif kitablar yaza bilmişdi. İnsan çox şeyə qadirdir, lakin biz hansı bacarıqlarımızın olduğunu bilmirik.

İnsan bəzən bacarıqlarının potensialı haqda düşünməlidir. Onları sadəcə özümüzdə aşkar etməli və istifadə etməyə başlamalıyıq.  

Son xəbərlər
Digər xəbərlər