15 C
Baku
Saturday, April 20, 2024

İnsanlardan baş çıxarmaq üçün yeddi insani keyfiyyət

1. Təcrübə (Experience). Insanlardan baş çıxarmaq üçün ilk öncə yetkin olmalısınız. Bu, təkcə müəyyən bir yaşa gəlib çatmağı (məsələn, təxminən 30 yaş) deyil, həm də ən müxtəlif və qarışıq formada insan təbiəti ilə ünsiyyətdə olmaqla bağlı zəngin təcrübəni özündə ehtiva edir. Cavanlar insanları məhdud təcrübə ilə əlaqədar olaraq dar perspektivdə qiymətləndirir. Digərləri haqqında fikir yürüdərkən onlar əsasən inkişaf etməmiş və mənasız şablon sözlərdən istifadə edirlər: məsələn, “adi oğlandır”, “qəribə insandır”, “qoca artıq həyatdan əlin üzüb” kimi ifadələrə müraciət olunur.

2. Uyğunluq (Similarity). Fikir yürütməyə çalışan insan təbiət etibarilə tanımağa çalışdığı şəxsə bənzəməlidir. Eksperimental tədqiqatlar göstərdi ki, digər insanda bu və ya digər xüsusiyyəti dəqiqliklə müəyyən edən insanın özündə də çox ehtimal ki, həmin xüsusiyyət var. Lakin burda korrelyasiya o qədər də vacib deyil və hər şey əslində çox sadədir: bir qiymət verənin təxəyyülünün çevikliyi digərinin istifadə olunmamış böyük bir təcrübəsindən daha qiymətli ola bilər.

3. İntellekt (Intelligence). Eksperimental tədqiqatlar bir daha sübut edir ki, yüksək intellekt ilə insanlar haqqında dəqiq fikir yürütmək bacarığı arasında müəyyən əlaqə var. Vernon aşkar etmişdir ki, özünü və tanış olmayan insanları düzgün qiymətləndirən insanlar əsasən yüksək intellekt sahibləridir.

4. Özünü dərindən dərk etmə (Insight). Özünüzün antisosial meyllilik, riyakarlıq və məntiqsizlik, mürəkkəb motivli hərəkətlərinizin düzgün şəkildə dərk edilməsi sizi başqa insanlar haqqında səthi və sadə fikir yürütməkdən saxlayır. Cahillik və təbiətinizin səhv şəkildə dərk edilməsi avtomatik olaraq sizin digər insanlar haqqında mühakimənizdə də öz əksini tapacaq.

5. Mürəkkəblik (Complexity). Bir qayda olaraq, insanlar onlardan daha mürəkkəb olanları anlamaqda çətinlik çəkirlər. Düzxətli təfəkkür mədəni və müxtəliftərəfli inkişaf etmiş təfəkkürün çaxnaşmalarına can yandıra bilməz. Faustun sinəsində iki qəlb, onun köməkçisi Vanqerdə isə bir qəlb yaşayırdı; buna görə də məhz Faust insan həyatının mahiyyətini başa düşə bilmişdir.

6. Təcrid edilmək (Detachment). Eksperimentlər göstərdi ki, daha az ünsiyyət quranların insanlardan daha yaxşı başı çıxır. Onlar üçün introversiya daha xarakterikdir, nəinki ekstroversiya. Ən yaxşı fikir yürütməyi bacaranlar adətən müəmmalı və başqalarının təsiri altına düşməyən insanlardır. Ümumi götürdükdə, onlar sosial dəyərləri bir o qədər də üstün hesab etmirlər.

7. Sosial intellekt (Social Intelligence). Bu keyfiyyət bir o qədər də vacib deyil. Roman yazıçıları və rəssamların adətən belə xüsusiyyəti olmur. Digər tərəfdən müsahibə götürənin belə gözəl istedadı olmalıdır, belə ki onun funksiyası daha çətindir: o sakitcə qulaq asmalı, səmimi mühit yaratmalı, təəccübləndiyini göstərməməli, mehriban, təmkinli, səbirli və təhrikedici olmalı, eyni zamanda həm də tədqiq etməlidir – bununla yanaşı darıxdığını da büruzə verməməlidir.

Son xəbərlər
Digər xəbərlər