23 C
Baku
Thursday, April 25, 2024

İnsanları girov götürüb qarşılığında bitcoin tələb etdilər

Banker.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev şəhər polisi iki nəfəri qaçıraraq qarşılığında 5 milyon dollar həcmində bitcoin tələb edən cinayətkar qrupu saxlayıb.

Verilən məlumatda qeyd edilib ki, polisin həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində bir neçə aydır girov kimi saxlanılan şəxslər azad edilib. Cinayətkarlar aşkar edilsə də, qrupun digər iştirakçılarının axtarışı davam etdirilir.

Həmçinin qeyd edilib ki, insanları qaçırmaq və qarşılığında bitcoin tələb etmək Ukraynada yeni cinayətkarlıq növünə çevrilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər